-
Önə Çıxanlar Siyasət İqtisadiyyat İdman Texnologiya Dünya Mədəniyyət Sağlıq Yemək

AMEA Prezidentinin Yaxın Qohumu Mənzildə Güllələnmiş Halda Tapıldı

+04


AMEA Prezidentinin Yaxın Qohumu Mənzildə Güllələnmiş Halda Tapıldı
SCOOP News

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə gül*lələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.

 

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə si*lahla atəş açaraq həyatına qə^sd etməsinə əsaslı şübhələr müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 8-i saat 22 radələrində Nizami rayonu M.Şərifli küçəsi ev 4 mənzil 26-da baş verib.

Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Nicat Afət oğlu Quliyev kirayədə yaşadığı mənzildə odlu sil*ahdan baş nahiyəsinə atə*ş açaraq həyatına son qoyub.

Mənbə: Qafqazinfo