-
Önə Çıxanlar Siyasət İqtisadiyyat İdman Texnologiya Dünya Mədəniyyət Sağlıq Yemək

"Bu, fərdi seçim deyil, ağır cinayətdir" — Baş Prokurorluqdan kəskin reaksiya

+04


"Bu, fərdi seçim deyil, ağır cinayətdir" — Baş Prokurorluqdan kəskin reaksiya
SCOOP News

Baş Prokurorluq: "Təəssüflə qeyd edirik ki, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. Bildiririk ki, Azərbaycan vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir.

Xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək bəzi hallarda xüsusilə ağır cinayətdir

Belə ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə, fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir. Azərbaycan Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Qeyd olunub ki, artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaş barəsində Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir”. Basliq yaz