"Zelenskinin bu cür təxribatçı bəyanatları müharibəni bitirməyi çətinləşdirir. Onun öyünməyə heç nəsi yoxdur. Vəziyyət Ukrayna üçün kritikdir. O, ya sülhü seçə bilər, ya da bütün ölkəni itirməzdən əvvəl daha üç il mübarizə apara bilər", - ABŞ prezidenti Donald Tramp bildirib.
ABŞ prezidenti Donald Tramp ABŞ-da nəşr olunan “The Wall Street Journal” qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Krımla bağlı açıqlamalarını tənqid edib. "Ukrayna prezidenti Vladimir Zelenski "The Wall Street Journal"ın ön səhifəsində lovğalanır: "Ukrayna Krımın işğalını qanuni kimi tanımayacaq. Burada danışılası heç nə yoxdur", - Tramp bildirib. “Bu bəyanat Rusiya ilə sülh danışıqlarına son dərəcə ziyan vurur, çünki Krım illər əvvəl prezident Barak Obamanın dövründə itirilib və artıq müzakirə mövzusu belə deyil”.
Heç kimin Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını istəmədiyini vurğulayan Tramp, "Amma o, Krımı geri istəyirsə, 11 il əvvəl bir dəfə də olsun atəş açılmadan Rusiyaya təhvil veriləndə niyə bunun üçün mübarizə aparmadılar? Və bu bölgə Obama administrasiyasından çox-çox əvvəl uzun illər ərzində Rusiyanın mühüm sualtı bazalarına ev sahibliyi edib" . "Zelenskinin bu cür təxribat xarakterli bəyanatları müharibəni bitirməyi çətinləşdirir. Onun öyünməyə heç nəsi yoxdur. Vəziyyət Ukrayna üçün kritikdir. O, ya sülhü seçə bilər, ya da bütün ölkəni itirmədən üç il daha mübarizə apara bilər", - Tramp bildirib.