Moskva vilayətində avtomobilin partlaması nəticəsində bir nəfər ölüb. Ölən şəxsin Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Yaroslav Moskalik olduğu məlum olub.Rusiya İstintaq Komitəsinin bəyanatında deyilir ki, Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında avtomobilə yerləşdirilmiş bomba partlayıb. Açıqlamada hadisə yerində araşdırmaların aparıldığı qeyd edilib və əlavə edilib: "Partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. İlkin məlumata görə, partlayış nəticəsində general-mayor Moskalik həyatını itirib". Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.