Cənubi Koreyanın Çonqju şəhərində orta məktəb şagirdi məktəbə bıçaqla hücum edərək biri müəllim də daxil olmaqla 6 nəfəri yaralayıb. Məlumata görə, hücum edən şəxs hadisədən sonra qaçmağa çalışsa da, yaxalanıb.Yonhap-ın məlumatına görə, paytaxt Seuldan 110 kilometr cənubda yerləşən Çeonqjuda liseydə xüsusi təhsil alan şagird məktəbə bıçaqlı hücum edib.
Hadisə zamanı biri müəllim olmaqla 6 nəfərin üz və qarın nahiyəsindən xəsarət aldığı bildirilib.
Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
Məktəbin xüsusi təhsil proqramına daxil olan şagirdin hücumdan sonra yaxınlıqdakı su çəninə atıldığı, lakin tutulduğu bildirilir.
Bildirilib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir və hadisə şahidlərinin ifadələrini alır.