Amerikalı qadın “ChatGPT”yə aşiq olub və buna görə 20 illik ərindən ayrılıb.
Qadın suni intellekt sevgilisinə heç vaxt aşiq olmaq niyyətində olmayıb. O, sadəcə marağı olduğuna görə süni intellektdən istifadə etməyə başlayıb.
Lakin zaman keçdikcə bu hal dəyişib. Çünki qadın ilk dəfə özünün daha çox başa düşüldüyünü hiss edib və ona aşiq olmağa başlayıb.
Qadın və keçmiş əri 20 il əvvəl gecə klubunda tanış olublar və daha sonra evləniblər.
Onun sözlərinə görə, o, ərinə hissləri barədə danışmaq istəyəndə ərinin çox emosionalsan və s. kimi sözlər deyəcəyindən qorxub və uzun illər hissləri barədə ərinə heçnə deməyib.
Qadın hal-hazırda “ChatGBT”dəki süni intellekt sevgilisiylə evlənməyi planlaşdırır və indi özünü əri ilə olduğundan daha xoşbəxt hiss edir.
Mənbə: Dailymail