Hindistan, Cammu və Kəşmirdə törədilən hücumdan sonra Pakistanla bütün idxalatı ikinci bir əmrə qədər qadağan edib.
Hindistan Ticarət Nazirliyi tərəfindən yayımlanan bəyanatda, "Pakistan mənşəli və ya bu ölkədən ixrac edilən bütün malların, birbaşa və ya dolayı idxalı, tranziti, sərbəst idxal kateqoriyasına daxil olub-olmadığına baxılmadan, ikinci bir əmrə qədər qadağan edilmişdir" ifadəsi yer alıb.
Bəyanatda qadağanın dərhal qüvvəyə minəcəyi bildirilərək, sözügedən qərarın "milli təhlükəsizlik və dövlət siyasəti" zərurəti ilə qəbul edildiyi qeyd edilib.Yeni Dehli administrasiyası həmçinin, Pakistandan hava və quru yolu ilə gələn bütün poçt və yüklərin qəbulunun dayandırıldığını, Pakistan bayraqlı gəmilərin Hindistan limanlarına girişinin və Hindistan bayraqlı gəmilərin Pakistan limanlarını ziyarətinin qadağan edildiyini açıqlayıb.