Hindistan mediası xəbər verir ki, Hindistan Çenab çayı üzərindəki Bağlihar bəndindən Pakistana su axını dayandırıb.
“India Today” qəzetinin məlumatına görə, 1960-cı ildə Cammu və Kəşmirdəki terror aktından sonra Pakistanla imzalanmış Hind Suları Müqaviləsini dayandıran Hindistandan yeni addım gəlib. Məsələ ilə bağlı məlumatlı mənbələr Hindistanın Çenab çayı üzərindəki Bağlıhar bəndindən Pakistana su axını dayandırdığını bildirib. Hindistanın da Jelum çayı üzərindəki Kişanqanqa bəndindən su axını kəsməyi planlaşdırdığı irəli sürülüb.