Husilərin İsrailə raket hücumlarına cavab olaraq açıqlama verən İsrail müdafiə naziri Yisrael Katz Husilərə və onların arxasında duran İranı açıq təhdid edib. Katz: "Beyrutda, Qəzzada və Dəməşqdə nə etdiksə, Tehranda da edə bilərik"
Yəməndə İranın dəstəklədiyi şiə qruplaşması Husilərin Tel-Əvivdəki Ben Qurion hava limanını hədəf almasından sonra İsrail cəbhəsindən sərt açıqlamalar gəlməyə davam edir. Son olaraq İsrailin müdafiə naziri Yisrael Katz hücumlarla bağlı İranı hədəf alan açıqlama verib. Açıqlamalarının davamında İranı hədəf alan Katz bu açıqlamaları verib: "Siz birbaşa cavabdehsiniz. Beyrutda Hizbullaha, Qəzzada Həmas və Dəməşqdə Əsədə etdiyimizi Tehranda da edə bilərik".