Əfqanıstanda Taliban hökuməti şahmatın qumar mənbəyi olması ilə bağlı narahatlıqlarına görə onu qeyri-müəyyən müddətə qadağan edib. Səlahiyyətlilər, oyunun İslam qanunlarına uyğunluğu müəyyən edilənə qədər şahmatın qadağan ediləcəyini açıqlayıb. Bu çərçivədə şahmat ən son qadağan edilən idman növü olaraq qeyd edilir, eyni zamanda qadınların da şahmat oynaması tamamilə qadağan edilir.
ABŞ-ın ölkədən çəkilməsindən sonra Əfqanıstanda nəzarəti ələ keçirən Taliban ötən illərdə bir çox qadağalarla gündəm olub. 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra Taliban İslam qanunlarının sərt şərhlərinə əsaslanan qanunlar və qaydalar tətbiq etməyə davam edib. Bazar günü Taliban hökumətinin idman idarəsinin sözçüsü Atal Mashwani deyib ki, şahmat İslam şəriətinə görə "qumar aləti" sayılır.