Apple-ın illərdir üzərində çalışdığı qatlanan iPhone-un bu il hazır olması çətin görünsə də, yeni telefonun 2026 və ya 2027-ci illərdə təqdim ediləcəyi gözlənilir, çünki şirkət onun kütləvi istehsala keçəcəyinə əmindir. Bəs Apple-ın qatlana bilən ekranlı ilk telefonu olması gözlənilən iPhone Fold necə olacaq?
İllərdir ki, bir çox mənbə və hesabat Apple-ın qatlana bilən displeyli məhsullar üzərində işlədiyini deyir. Bunlardan birincisi tamamilə yeni iPhone modeli olacaq.
Sızıntılar və analitiklər, Apple-ın qatlana bilən iPhone-unun yaxın bir neçə ildə təqdim ediləcəyini təxmin edirlər.