Dünyanın ən hündür zirvəsi olan Everestə qalxmağa çalışan 45 yaşlı filippinli alpinist yorğunluqdan dünyasını dəyişib. “The Kathmandu Post” qəzetinin məlumatına görə, 45 yaşlı filippinli alpinist Filip Santyaqo 7900 metr hündürlükdə yerləşən Everestin 4-cü düşərgəsinə çatdıqdan sonra həyatını itirib.
Nepal Turizm Nazirliyindən verilən açıqlamada, Santyaqonun ölüm səbəbinin həddindən artıq yorğunluq olaraq təyin edildiyi bildirilib. Açıqlamada Santyaqonun cansız bədəninin pis hava şəraiti və maddi-texniki çətinliklər səbəbindən düşərgə ərazisində qaldığı qeyd edilib.