İsrail 2024-cü ildə müdafiə sənayesində rekord ixrac həcminə nail olub – bu göstərici 14,8 milyard dollara çatıb. Məlumat "The Times of Israel" nəşrinin ölkənin Müdafiə Nazirliyinə istinadən yayımladığı hesabatda yer alıb.

Nazirliyin açıqlamasına əsasən, bu artım artıq dörd ildir davam edir və cari nəticə son on ilin ortalama göstəricisindən iki dəfə yüksəkdir.

İxrac olunan silah və texnologiyaların 50 faizindən çoxu Avropa ölkələrinə, 23 faizi isə Asiya-Sakit okean regionuna göndərilib. Ümumi ixracın 9 faizi isə Şimali Amerika bazarına yönəlib.