Ev texnologiyaları sahəsində mütəxəssis olan Nerds To Go komandasının açıqlamasına görə, modeminizin yaxınlığında olan Bluetooth dəstəkləyən cihazlar Wi-Fi siqnallarını ciddi şəkildə zəiflədə bilər. Çünki həm Wi-Fi, həm də Bluetooth cihazları oxşar radio tezliklərindən istifadə edir. Bu da tezliklərin bir-birinə qarışmasına və bağlantı sürətinin azalmasına səbəb olur.

Bu tip cihazlara nümunələr:

Bluetooth səsgücləndiricilər,

Amazon Alexa, Google Home kimi ağıllı ev köməkçiləri,

Simsiz qulaqlıqlar,

Simsiz klaviatura və siçanlar,

Oyun pultları, bəzi uzaqdan idarəedicilər,

Bluetooth bağlantılı ağıllı televizorlar.

TEZ-TEZ EDİLƏN SƏHVLƏRİN BAŞINDA GƏLİR
Bir çox istifadəçi modemlərini Bluetooth səsgücləndiricilərlə eyni masaya yerləşdirmək vərdişinə malikdir. Lakin kiçik kimi görünən bu yerləşdirmə xətası, Wi-Fi performansını nəzərəçarpacaq dərəcədə zəiflədə bilər. Mütəxəssislər, bahalı internet paketlərinə keçməzdən və ya provayderinizi dəyişdirməzdən əvvəl modeminizin yerini yenidən nəzərdən keçirməyi tövsiyə edir.

MİKRODALĞA SOBASINA DA DİQQƏT
Wi-Fi bağlantısının düşmənləri yalnız Bluetooth cihazları ilə məhdudlaşmır. Maraqlıdır ki, mikrodalğa sobalar da eyni tezliklərdən istifadə edir. Bu səbəbdən modemləri mətbəxdə saxlamaq və ya mikrodalğa sobasına yaxın yerə yerləşdirmək də siqnal keyfiyyətinə mənfi təsir göstərə bilər.

BƏS NƏ ETMƏLİ?

Modeminizi yüksək və açıq bir məkana yerləşdirin.

Bluetooth cihazlardan və mikrodalğa sobasından ən azı bir neçə metr uzaq tutun.

Wi-Fi siqnallarının qarşısını alan qalın divarlar və ya böyük metal əşyalar varsa, onlara da diqqət yetirin.