Donald Tramp, Truth Social hesabında ABŞ ilə Çin arasında aparılan ticarət danışıqları ilə bağlı paylaşım edib.

Tramp, Çin ilə razılığa gəldiklərini bildirərək, razılaşmanın onun və Çin Xalq Respublikasının Sədri Si Cinpinin son təsdiqinə bağlı olduğunu qeyd edib.

Çin tərəfindən bütün zəruri nadir torpaq elementlərinin təmin ediləcəyi məlumatını verən Tramp, “Eyni şəkildə, kolleclərimizdən və universitetlərimizdən istifadə edən çinli tələbələr də daxil olmaqla razılaşdırdığımız məsələləri biz də Çinə təmin edəcəyik (ki bu, mənim üçün həmişə yaxşı olub!). Ümumilikdə 55% tarif tətbiq edirik, Çin isə 10% tətbiq edir. Münasibətlər mükəmməldir! Bu məsələyə göstərdiyiniz marağa görə təşəkkür edirik!” ifadəsini işlədib.