Bu gün vəzifəsindən azad edilən Rusiyanın nəqliyyat naziri Roman Starovoyt Moskva ətrafındakı Odintsovo şəhərində şəxsi avtomobilində ölü tapılıb.
Bu barədə Rusiya mətbuatı fövqəladə xidmətlərə istinadən məlumat yayıb.
“RİA Novosti” agentliyinə danışan mənbənin sözlərinə görə, ilkin ehtimala əsasən, Roman Starovoyt intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat qrupu cəlb olunub.
Roman Starovoyt bu ilin may ayında Rusiya nəqliyyat naziri təyin olunmuşdu. Lakin bu vəzifədən cəmi bir neçə ay sonra – bu gün, iyulun 7-də vəzifəsindən azad edilib.