İsgəndərun şəhərində yeddi əsgər yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilib. Müalicə altına alınan əsgərlərdən ikisi həyatını itirərək şəhid olub. Türkiyənin Milli Müdafiə Nazirliyi digər beş əsgərin ümumi vəziyyətlərinin yaxşı olduğunu və müalicələrinin davam etdiyini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, ilk tibbi ekspertiza nəticəsində əsgərlərin ölüm səbəbi kimi orqanizmdə aşırı maye itkisinə bağlı olaraq qanda natrium səviyyəsinin dəyişməsi ilə yaranan çoxsaylı orqan çatışmazlığı göstərilib.