Çində elektrikli nəqliyyat vasitələrinin şarj texnologiyasında irəliləyişlər davam edir. Çinli Orange Charging şirkəti, yalnız 1 dəqiqəlik şarjla avtomobilə 100 kilometr məsafə qət etmə imkanı verən, 1600 kVt gücündə (1.6 meqavatt) ultra sürətli şarj stansiyasını təqdim edib.
Çində şarj inqilabı
Didi şirkətinin törəməsi olan Orange Charging, elektrikli avtomobillərin şarjında yeni bir dövrün qapılarını açır. Şirkətin inkişaf etdirdiyi maye soyuduculu və çevik enerji paylama qabiliyyətinə malik bu super şarj stansiyası, yalnız 1 dəqiqəlik şarjla 100 kilometr məsafə təmin edə bilir.
Yeni nəsil bu şarj qurğusu, Orange Charging tərəfindən hazırlanan “Unicorn OS” adlı ağıllı sistem sayəsində çevik və effektiv enerji idarəetməsi təklif edir. Hal-hazırda şirkətin Çin üzrə 46 mindən çox şarj nöqtəsi mövcuddur və bunların 47 faizindən çoxu 180 kVt və üzəri tək çıxışlı yüksək sürətli şarj dəstəyi verir.
Çin texnologiyada sürətlə irəliləyir
Orange Charging-in bu uğuru Çində bir ilk olmasa da, texnologiyanın hansı istiqamətə getdiyini göstərir. Çində meqavatt səviyyəli sürətli şarj texnologiyaları sektorda böyük bir transformasiya yaratmaq üzrə sürətlə yayılır. BYD, Huawei, Zeekr və CATL kimi aparıcı şirkətlər də bu yarışda ön sıradadır.
Mənbə: donanimhaber.com