ABŞ-lı milyarder iş adamı İlon Maska məxsus X sosial media platformasında uzunmüddətli giriş problemi yaranıb və üzvlər saatlarla paylaşım edə bilməyib. Sosial media platformalarının nə vaxt oflayn olduğunu izləyən Downdetector.com-un məlumatına görə, X platformasında ilk fasilənin Nyu York yerli vaxtı ilə səhər saat 06:30 radələrində baş verdiyi bildirilib.
İzləmə saytının məlumatına görə, problem bir müddət aradan qaldırıldıqdan sonra saat 09:40 radələrində platformaya girişdə problemlər artıb və 40 minə yaxın istifadəçi X hesablarının işləmədiyini bildirib. Sözügedən fasilənin daha çox ABŞ-ın şərq sahillərindəki Nyu-York və Boston və qərb sahilində Los-Anceles kimi sıx məskunlaşan şəhərlərdə baş verdiyi paylaşılıb. Giriş problemi qlobal miqyasda da hiss olunub və Türkiyədəki X hesablarına daxil olmaq mümkün olmayıb.
Giriş problemi 21.30 GMT-də "qismən" həll edildi. Bütün bunlar baş verərkən Elon Mask giriş probleminin səbəbini X vasitəsilə yenidən izah edib: Kiberhücum! Musk bu açıqlama ilə çıxış edib: "𝕏-ya qarşı böyük bir kiberhücum olub(və hələ də davam edir). Bizə hər gün hücum edilir, lakin bu, çoxlu resursla edilib. Bu, ya böyük qrup və/yaxud bir ölkədir."