5 ildən sonra ilk dəfə! Van və Tehran arasında sərnişin qatarı 5 ildən sonra yenidən fəaliyyətə başlayıb. Tehrandan ilk reyslə 200 nəfərlik sərnişin qrupu Vanda çiçəklərlə qarşılanıb.
Van-Tehran sərnişin qatarı 5 ildən sonra fəaliyyətə başlayıb. Tehrandan gələn 200 nəfərdən ibarət ilk sərnişinləri Van icra başçısı Ozan Balcı, AK Partiya Millət vəkili Kayhan Türkmenoğlu, TCDD baş direktor müavini Şems Çakıroğlu və protokol tərəfindən Van Vağzalında qızılgül və çiçəklərlə qarşıladılar. Türkiyə ilə İran arasında turizm potensialını genişləndirmək üçün İran Dəmir Yolları ilə aparılan danışıqlar nəticəsində Van-Tehran sərnişin qatarı 5 ildən sonra yenidən fəaliyyətə başlayıb. Bildirilib ki, qatar Tehrandan bazar və çərşənbə günləri saat 12.35-də, Vandan isə bazar ertəsi və cümə axşamı saat 20.00-da yola düşəcək. İranın paytaxtı Tehrandan dünən Türkiyə vaxtı ilə saat 12.35-də yola düşən sərnişin qatarı bu gün saat 11.30-da Van Vağzalına çatıb.