"Fənərbağça"dan "Real"a keçidi ilə həm Türkiyə, həm də dünya mətbuatında böyük səs-küy yaradan Arda Gülərin İspaniya nəhəngində ikinci mövsümündən ayrılmaq üzrə olduğu iddia edilib.
Real Madriddə çıxış edən milli futbolçu Arda Gülər; Son zamanlar şans tapmaqda çətinlik çəksə də, ona qarşı transfer iddiaları günü-gündən artmaqda davam edir.
La Liqa nəhənginə transfer olunduğu ilk mövsümdə zədələrlə mübarizə aparan Gülər, mövsümün sonuna doğru oynamaq şansı qazandı və 13 matçda 6 qola imza atıb.
YENİ ÜNVAN ALMANİYA" Fussball News-a görə; Arda Gülər ​​və meneceri ayrılma variantını ciddi şəkildə düşünüblər. Daha sonra Gülərin yeni ünvanının Almaniya olacağı iddia edilib.
Milli ulduz üçün Leverkuzen və Frankfurtun meydana çıxdığı iddia edilsə də, Wirtz-in gedişindən sonra Leverkuzenin Arda Güləri heyətə qatmaq istədiyi bildirilib.