Pakistanda ayrılıqçı 'Bəluçistan Azadlıq Ordusu' qruplaşması bir qatara hücum edib. Qatarın içində olan təxminən 500-dən çox sərnişinin girov götürüldüyü iddia olunur. Hücum nəticəsində ölən və yaralananların ola biləcəyi qeyd edilib.
Dawn qəzetinin xəbərinə görə, Bəluçistan Hökumətinin sözçüsü Şahid Rind, əyalətdəki Kvetta şəhərindən Xayber-Paxtunxva əyalətindəki Pişəvərə gedən qatara silahlı hücum təşkil edildiyini bildirib.
Rind, hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini və vəziyyətin nəzarət altına alınmağa çalışıldığını qeyd edib.