"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"a məğlubiyyətdən sonra komandaya dəyişiklik etməyə hazırlaşır. Portuqaliyalı çalışdırıcının "Trabzonspor" matçında ehtiyat oyunçular skamyasına 3 futbolçu gətirəcəyi gözlənilir.
Sarı-göylülərin baş məşqçisi Joze Mourinyo bu matçda "Qalatasaray" matçında forma geyinmiş 3 futbolçunu ehtiyat oyunçular skamyasına gətirməyə hazırlaşır.
“Sözcü”də yer alan xəbərə görə, Joze Mourinyo “Trabzonspor” matçında ilk 11-də İrfan Can Eğribayat, Talisca və Çağlar Söyüncüyə şans verməyəcək.
Təcrübəli çalışdırıcının bu adların əvəzinə formanı Livakoviç, Mert Müldür və Dzekoya verəcəyi gözlənilir.