Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNİCEF) tərəfindən edilən açıqlamada Qəzzada mühasirəyə görə qida çatışmazlığından əziyyət çəkən uşaqların risk altında olduğu və vəziyyətin uşaq ölümlərinin artmasına səbəb ola biləcəyi bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondundan (UNICEF) verilən yazılı açıqlamada, İsrail ordusunun evakuasiya əmri və ya bombardmanı səbəbiylə 18 Martdan bəri Qəzzada qida çatışmazlığı müalicə mərkəzlərinin yüzdə 15-nin bağlandığı qeyd edilib. Bildirilib ki, blokada və bu mərkəzlərin bağlanması səbəbindən bu mərkəzlərdə yaşayan 350 uşağın həyatı ciddi risk altındadır.
Bildirilib ki, Qəzzanın mərkəzi və cənub bölgələrində körpələr üçün əlavə qidalar tükənib və bir ay ərzində 400 uşaq üçün hazır uşaq qidası qalıb.
Açıqlamada İsrailin martın 2-dən etibarən Qəzzaya yardımların girməsinə icazə vermədiyi xatırladılıb və müharibə başlayandan bu yana ən uzun yardım kəsilməsinin qida, təmiz su, dərman və sığınacaq qıtlığına səbəb olduğu vurğulanıb. Bildirilib ki, həyat üçün lazım olan maddələr təmin olunmasa, qida çatışmazlığı və xəstəliklər daha da ağırlaşa, uşaq ölümlərinin artmasına səbəb ola bilər.