Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X hesabında verilən yazılı açıqlamada İsrailin bir aydan çoxdur Qəzza zolağına humanitar yardım və kommersiya mallarının girişinə maneə törətdiyi vurğulanıb.
"UNRWA heyətləri əllərində qalan materiallarla yardımları çatdırmağa davam edir, lakin ehtiyatlar tükənmək üzrədir və vəziyyət daha da pisləşir. Blokada aradan qaldırılmalı və humanitar yardımların girişinə yenidən icazə verilməlidir."
İsrail HƏMAS ilə atəşkəs və əsir mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsinin sona çatmasından sonra martın 2-dən Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib. İsrail ordusu Qəzza zolağında yanvarın 19-da qüvvəyə minən atəşkəsi martın 18-i səhər saatlarında pozaraq şiddətli hücumlarına davam edib.