Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramlarından biri olan WhatsApp, 1 May 2025-ci il tarixindən etibarən tətbiqin bəzi köhnə model telefonlarda işləməyəcəyini açıqlayıb.
Bu cihazların siyahısını dərc edən Meta proqram təminatı tələblərinə uyğun gəlmədiyi üçün tətbiqin istifadə oluna bilməyəcəyini açıqlayıb.
Meta-nın açıqlamasına görə, bu dəyişikliyin səbəbləri arasında performans problemləri, təhlükəsizlik riskləri və istifadəçi təcrübəsinə mənfi təsir göstərən amillər daxildir.
WhatsApp yalnız 2025-ci il mayın 1-dən etibarən iOS 15.1 və daha yeni versiyaları dəstəkləyəcək. Bu o deməkdir ki, köhnə iOS versiyaları olan cihazlar proqrama daxil ola bilməyəcək. İstifadəçilər bu tarixdən sonra WhatsApp-dan istifadə edə bilməyəcəklər. Yeniləmə xüsusilə köhnə iPhone modelləri olan milyonlarla istifadəçiyə təsir edəcək. Yeniləmələri qəbul edə bilməyən və ya köhnə iOS versiyalarında qalan cihazlar bu qərardan ən çox əziyyət çəkənlər arasındadır.
Apple:
iPhone 5
iPhone 5C
iPhone 6 serisi
Samsung :
Galaxy Ace Plus
Galaxy Note 3 serisi