İranın xarici işlər naziri Abbas Erakçi İran və ABŞ arasında dolayı danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.X sosial media platformasında paylaşdığı mesajda Erakçi, "İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlarda görüşəcək. Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydanındadır" deyib.
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranı birbaşa nüvə danışıqlarına çağırıb.
İran təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verərək, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini, yalnız dolayı danışıqlara hazır olduqlarını açıqlayıb.
ABŞ prezidenti Tramp isə dünən Ağ Evdə insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə İran və ABŞ arasında birbaşa danışıqların şənbə günü keçirilməsini təklif edib. Tramp “əgər razılaşma əldə olunmasa, İran böyük təhlükə ilə üz-üzə qalacaq”