Avropa İttifaqı (Aİ) Komissiyası 2025-2027-ci illər arasında Fələstinə təxminən 1,6 milyard avro məbləğində maliyyə yardımı paketinin veriləcəyini açıqlayıb.Aİ Komissiyasından verilən yazılı açıqlamaya görə, Fələstinin bərpası və dayanıqlığının artırılması üçün Fələstin Administrasiyasına təxminən 1,6 milyard avro dəyərində yardım ediləcək. 2025-2027-ci illəri əhatə edən yardım paketi mülki şəxslərə xidmətlər, İordan çayının qərb sahili və Qəzzada bərpa prosesi və sabitliyi və özəl sektoru dəstəkləməyi hədəfləyir.
Paketin bir hissəsi olaraq, təxminən 620 milyon avroluq yardım qrantları birbaşa Fələstin Administrasiyasının büdcəsinə veriləcək, dövlət idarələrinin təcili ehtiyaclarını qarşılamağa və xidmətlər göstərməyə davam edəcək.
Təxminən 576 milyon avro qrant su, enerji və infrastruktur layihələrinə prioritet verilməklə, işğal altındakı İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzzada iqtisadi bərpanı təşviq etmək üçün yerlərdə layihələri dəstəkləmək üçün ayrılacaq. Fələstinli qaçqınların ehtiyaclarının ödənilməsinə dəstək olmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) ildə 82 milyon avro ayrılacaq.
Avropa İnvestisiya Bankı (AİB) Fələstində özəl sektora yeni maliyyələşdirmə təmin etmək üçün 400 milyon avroya qədər kredit dəstəyi verəcək. Yardım paketinə əlavə olaraq, Fələstin Administrasiyasının həyata keçirəcəyi islahatların "şəffaf" monitorinqini və Qəzzanın yenidən qurulması və bərpası prosesində beynəlxalq səylərin koordinasiyasını təmin etmək üçün "Fələstin Bağış Platforması" adlı təşəbbüsə start veriləcək.