New York Times qəzeti (NYT) ABŞ ordusunun Suriyanın şimalındakı 8 hərbi bazasından 3-nü bağladığını və yüzlərlə əsgərini geri çəkməyə başladığını iddia edib. Qəzetin iki yüksək rütbəli məmura istinadən verdiyi xəbərə görə, ABŞ Suriyadakı hərbi varlığını azaldır.
Hesabatda ABŞ-ın Suriyanın şimal-şərqindəki səkkiz bazasından üçünü bağlamaq planının bir hissəsi olaraq yüzlərlə əsgərini geri çəkməyə başladığı iddia edilib. Bu çərçivədə Suriyadakı 2000 olan ABŞ əsgərlərinin sayının 1400-ə endiriləcəyi bildirilib.