İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın İsrailin hücumlarına və Qəzza zolağındakı hərbi işğalına son qoymaq şərtlərini qəbul etməyəcəyini bir daha bəyan edib və Qəzza zolağının işğalına tamamilə son verəcək razılaşmanı qəbul etməyəcəklərini bildirib.
Netanyahu videomüraciətində Qəzza zolağına edilən hücumlar, atəşkəs danışıqları və İrana mümkün hücumla bağlı açıqlama verib.
HƏMAS-ın İsrailin hücumlarına və Qəzza zolağındakı hərbi işğalına son qoymaq şərtlərini qəbul etməyəcəyini təkrarlayan Netanyahu, əks halda ABŞ prezidenti Donald Trampın “Qəzza xalqını sürgün etmək planını” həyata keçirməyin mümkün olmayacağını bildirib. Netanyahu əsas məqsədlərinin Qəzzadakı fələstinliləri “könüllü köç” adı altında başqa ölkələrə sürgün etmək olduğuna diqqət çəkib.
Binyamin Netanyahu, HƏMAS-ın bu həftə sonu təklif etdikləri, sağ israilli əsirlərin yarısının azad edilməsi və həlak olan əsirlərin bir qisminin cənazələrinin təhvil verilməsini əhatə edən əsir mübadiləsi sazişini rədd etdiyini iddia etdi.
İsrail Baş Nazirlik Ofisi isə Netanyahunun açıqlamalarının əksinə, HƏMAS-dan hələ rəsmi bir cavab alınmadığını bildirdi.
HƏMAS və İsrail arasında yeni bir atəşkəs və qarşılıqlı əsir mübadiləsi sazişi üçün müzakirələr davam edir. Lakin İsrailin beynəlxalq məhkəmə tərəfindən Qəzzada soyqırımla mühakimə olunduğu 21-ci əsrin insanlıq ayıbı hər keçən gün dərinləşir.