Ziraat Türkiyə Kubokunun yarımfinal matçında "Qalatasaray" "Tümosan Konyaspor"a 5:1 hesabı ilə qalib gəlib. Qırmızı-sarıların qollarını Osimhen, Torreira, Sallai (2) və Yusuf Dəmir vurub. "Qalatasaray"ın rəqibi Trabzonspor-Göztəpə matçının qalibi olacaq.
Ziraat Türkiyə Kubokunun finalı mayın 14-də keçiriləcək.